Bank Of Baku

Gəncədə qeyri-adi tort hazırlanır

Gəncədə qeyri-adi tort hazırlanır
# 11 dekabr 2008 09:06 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə şəhər rəhbərliyinin təşəbbüsü ilə prezident İlham Əliyevin ad günü və Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə böyük tort bişirilir. Şirniyyatçı Müzəffər Agüloglu APA-nın qərb bürosuna bildirib ki, tortun uzunluğu 30 metr, eni isə 6 metrə qədər olacaq. Tortun bişirilməsində 1 ton un, 850-900 kiloqram şəkər, 16 min ədəd yumurta, 140 kiloqram kərə yağı, 140 kiloqram qoz, 75 kiloqram nişasta işlənəcək. Bundan başqa, tortun uzun müddət saxlanması üçün 150 kiloqram xüsusi maddə sərf olunacaq.
Təxminən 10 günə bişiriləcək tort 20 şirniyyatçı tərəfindən hazırlayır. Tortun üzərində Azərbaycan bayrağı, ay-ulduz, gerb və respublikada görülən işləri əks etdirən şəkillər əks ediləcək. Tort dekabrın 24-də şəhər sakinlərinin qarşısında kəsilərək paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR