Bank Of Baku

Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında qanun qüvvəyə minib

Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında qanun qüvvəyə minib
# 11 dekabr 2008 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında» qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, həmin qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının qanuna uyğunlaşdırılması barədə təklifləri, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə dövlət başçısına məlumat vermək tapşırılıb.
Qeyd edək ki, bu ilin noyabr ayında Azərbaycan Milli Məclisi «Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında» qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçünsə 69 manat səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR