Bank Of Baku

Sankt-Peterburqda MDB-nin reklam üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib

Sankt-Peterburqda MDB-nin reklam üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib
# 11 dekabr 2008 09:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) reklam üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib. Azərbaycan Reklamçılar İttifaqından APA-ya verilən məlumata görə, iclas çərçivəsində «Reklam və sosial əhəmiyyətli informasiyanın yayımı. Hüquq. Məsuliyyət. Özünüidarəetmə» adlı beynəlxalq konfrans da keçirilib. Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Moldova və Ermənistan təmsilçiləri iştirak ediblər. Onlar ölkələrində reklam bazarında olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, dünya maliyyə böhranının iqtisadiyyatın bu sektoruna təsirini dəyərləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR