Bank Of Baku

Bakıda “Beynəlxalq standartların tətbiqi və strateji insan hüquqları üzrə məhkəmə işləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Beynəlxalq standartların tətbiqi və strateji insan hüquqları üzrə məhkəmə işləri” mövzusunda beynəlxalq konfrans keçirilir
# 11 dekabr 2008 10:03 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransı açan Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib ki, milli məhkəmə sistemləri qanunun aliliyinə və ədalət prinsiplərinə əməl etməlidir. Onun fikrincə, belə olarsa, beynəlxalq məhkəmələrə, o cümlədən də Avropa İnsan Haqları Məhkəməsinə ehtiyac qalmaz. V. Kotek hesab edir ki, beynəlxalq məhkəmələr milli məhkəmə sistemlərini əvəz etməməlidir: “Bizim əsas tövsiyəmiz üzv dövlətlərin milli məhkəmə sistemlərində mövcud olan bütün çatışmazlıqların aradan qaldırılmasıdır. Bu, Avropa Məhkəməsinə müraciətlərin də azalmasına da gətirib çıxara bilər”.

ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola isə Azərbaycan məhkəmələrini beynəlxalq standartları öz təcrübələrində tətbiq etməyə çağırıb: “Bu prosesdə hakimlər, hüquqşünaslar, vəkillər, qeyri-hökumət təşkilatları qarşılıqlı iştirak etməlidirlər. Məhkəmələr ədliyyə sisteminin təkmilləşməsi üçün bir alətdir. Bəzi yerli hakimlər Avropa Məhkəməsinə düşmən kimi baxırlar. Halbuki Avropa Məhkəməsinə edilən şikayətlər daha çox milli məhkəmə sistemindəki qüsurlarla bağlı olur”.

Niderland Helsinki Komitəsinin layihə meneceri Kamala Laqheyt “Beynəlxalq standartların tətbiqi və strateji insan hüquqları üzrə məhkəmə işləri” layihəsinin Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanda da həyata keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, layihənin məqsədi məhkəmələrdə strateji işlərə baxılmasına nail olmaqdır: “Strateji işlər dedikdə daha çox bir nəfəri deyil, böyük qrupları əhatə edən hüquq pozuntuları nəzərdə tutulur. Bizim hüquqşünaslar belə proseslərə yardım edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR