Bank Of Baku

AMEA prezidenti elmi nailiyyətlərin olmamasını alimlərin maaşının azlığı ilə əlaqələndirir

AMEA prezidenti elmi nailiyyətlərin olmamasını alimlərin maaşının azlığı ilə əlaqələndirir
# 11 dekabr 2008 10:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Elmin ciddi nailiyyətlər əldə etməsi maliyyə ilə bağlıdır. Bu gün alimin maaşı 150 manatdırsa, hansı elmi nəticədən, nailiyyətdən danışmaq olar?” APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib. M. Kərimov deyib ki, əgər maddi təminat olarsa, yeni elmi avadanlıqlar alınarsa, maaşlar normal olarsa, elmdə yaxşı nəticələr əldə etmək olar: “2004-cü ildə Elmlər Akademiyasında maaşlar iki dəfə artırıldı və bundan sonra elmi nailiyyətlər əldə olundu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR