Bank Of Baku

Azərbaycan pensiyaların müəyyənləşdirilməsi sistemini avtomatlaşdıracaq

Azərbaycan pensiyaların müəyyənləşdirilməsi sistemini avtomatlaşdıracaq
# 11 dekabr 2008 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda əmək pensiyalarının müəyyənləşdirilməsi sisteminin avtomatlaşdırılması prosesinə başlanılacaq. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
DSMF sədri qeyd edib ki, bu məqsədlə ilk olaraq vətəndaşların 2006-cı il 1 yanvar tarixinə qədər qazandıqları əmək pensiyalarının məbləği müəyyənləşdiriləcək.
«Bunun üçün əməkhaqqı arayışları əsasında köhnə dövr üçün pensiyaların məbləğinin müəyyənləşdirilməsi təcrübəsinə son qoyulmalıdır. Vahid qayda müəyyənləşdirilməli, köhnə qanun prinsiplərindən tamamilə əl çəkilməlidir. Hazırda bu istiqamətdə hökumətlə məsləhətləşmələr aparılır və ilkin razılığa gəlmişik», - deyə S.Müslümov vurğulayıb.
DSMF sədrinin sözlərinə görə, yeni sistemlə yanaşı kim köhnə qaydada əmək stajı ilə hesablanmasını istəməzsə, o zaman əməkhaqqı arayışı əsasında pensiyasını təyin etdirə biləcək: «Ancaq bu halda son 2 ilin deyil, bütün əmək fəaliyyəti dövrünün əmək haqları toplanaraq bütün əmək fəaliyyəti dövründəki ayların sayına bölünəcək və orta aylıq əməkhaqqı müəyyənləşdiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR