Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardım alanlar adlarının ictimaiyyətə açıqlanmasını istəmirlər

Azərbaycanda ünvanlı sosial yardım alanlar adlarının ictimaiyyətə açıqlanmasını istəmirlər
# 04 aprel 2009 11:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəffaflığı təmin etməkdən ötrü ünvanlı dövlət sosial yardım alanların siyahısını ictimaiyyətə təqdim etmək məqsədilə yerli mərkəzlərdə qısamüddətli sorğu keçirib. Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov APA-ya bildirib ki, sorğu zamanı yardım alanlar adlarının açıqlanmasına və siyahının yerli mərkəzlərin divarlarından asılmasına razılıq verməyiblər. Buna görə də nazirlik hələlik yardım alanların adlarının açıqlanmasını nəzərdə tutmur.

Amma ƏƏSMN bununla bağlı qərar qəbul etsə, onun reallaşdırılması üçün yeni sorğunun aparılması beynəlxalq təşkilatlara həvalə ediləcək. Bunun əsasında siyahıların açıqlanması məsələsi yenidən gündəmə gələ bilər.

Qeyd edək ki, ƏƏSMN bu ilin mart-aprel aylarından yardım alanların siyahısını mərkəzlərin divarlarından asmağı nəzərdə tutmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR