Bank Of Baku

“Surroqat ana” və “donorluq” anlayışı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsindən çıxarılıb

“Surroqat ana” və “donorluq” anlayışı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsindən çıxarılıb
# 06 aprel 2009 13:53 (UTC +04:00)
Deputat deyib ki, sənəd Milli Məclis tərəfindən geri qaytarıldıqdan sonra yenidən işlənib, narazılıq doğuran maddələr çıxarılıb, qadınların sağlamlığının qorunmasına xidmət edən layihə hazırlanıb. M. İbrahimqızının sözlərinə görə, qanun layihəsinin yenidən parlamentin müzakirəsinə çıxarılmasına hazırlıq görülür: “Mayın əvvəllərində qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq. Cəmiyyət və parlament tərəfindən birmənalı qarşılanmayan “surroqat ana” və “donorluq” anlayışları Qanun layihəsindən çıxarılıb. İnanıram ki, bu dəfə qanun layihəsi qəbul ediləcək”.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunarkən “surroqat ana” və digər anlayışlar narazılıq yaratdığından sənəd geri qaytarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR