Bank Of Baku

İsmayıl Ömərov İTV-nin baş direktoru vəzifəni tutmaq üçün elan edilən müsabiqəyə sənədlərini təqdim edib

İsmayıl Ömərov İTV-nin  baş direktoru vəzifəni tutmaq üçün elan edilən müsabiqəyə sənədlərini təqdim edib
# 06 aprel 2009 17:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. İctimai Televiziya və Radio Yayımları Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsini tutmaq üçün martın 31-dən aprelin 7-dək elan olunan müsabiqəyə indiyədək bir nəfər sənəd təqdim edib. Yayım Şurasının rəhbəri Cahangir Məmmədlinin APA-ya verdiyi məlumata görə, sənəd verən şəxs səlahiyyət müddəti başa çatmış İTV-nin baş direktoru İsmayıl Ömərovdur. Şifahi şəkildə isə Yayım Şurasına İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün 3-4 nəfər müraciət edib. C. Məmmədlinin sözlərinə görə, müsabiqəyə sənəd qəbulu sabah axşamadək davam edəcək: “Müsabiqədə iştirak etmək istəyən bir neçə nəfər də mənə zəng edib. Gözlənilir ki, sabah axşama qədər ən azı 2 nəfər də sənəd versin”. İTV-nin baş direktorunun nə zaman seçiləcəyinə gəlincə, C. Məmmədli deyib ki, Yayım Şurasının müsabiqəyə təqdim olunan sənədləri saf-çürük etməsi üçün vaxt tələb olunur. Yalnız bundan sonra Yayım Şurası İTV-nin yeni baş direktorunun seçim vaxtını elan edə bilər. Qeyd edək ki, müsabiqədə iştirak etmək arzusunda olanlar Yayım Şurası sədrinin adına ərizə, şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında diplomun notariusda təsdiq olunmuş surəti, əmək kitabçasından çıxarış, tərcümeyi-hal və 3-4 ölçüdə 2 ədəd foto-şəkil təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR