Bank Of Baku

Leyla Əliyeva BMT Sivilizasiyaların Alyansı üzrə Gənclər Məşvərət Şurasına üzv seçilib

Leyla Əliyeva BMT Sivilizasiyaların Alyansı üzrə Gənclər Məşvərət Şurasına üzv seçilib
# 06 aprel 2009 17:03 (UTC +04:00)
İstanbul-APA. Türkiyə hökumətinin ev sahibliyi ilə İstanbulda BMT Sivilizasiyaların Alyansı (SA) təşəbbüsünün II Qlobal Forumunun açılış mərasimində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) BMT SA Katibliyi ilə birgə keçirdiyi 2 günlük Gənclər Konfransında təsis edilmiş Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının (SİUQGH, Global Youth for the Alliance of civilizations -GYAOC) tədimatı keçirilib. APA-nın məlumatına görə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Ofisindən verilən xəbərə görə dünyanın müxtəlif ölkələrindən olan 100-ə yaxın gənc liderin iştirak etdiyi konfransda təsis edilmiş beynəlxalq hərəkat bundan sonra BMT-nin rəsmi platforması kimi çıxış edərək, mədəniyyətlərarası dialoq prosesində gənclərin rolunun gücləndirilməsinə istiqamələnmiş layihələrin həyata keçirilməsi üzrə əsas mexanizm rolunu oynayacaqdır. Qeyd etmək lazımdır ki, adıçəkilən hərəkat 2007-ci ildə Bakıda Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın ev sahibliyi ilə keçirilən konfransda yaradımışır. Konfransda bu layihənin həyata keçirilməsini təmin edəcək işçi sənəd Alyans üzrə Gənclər Strategiyası (Youth Alliance Strategy) qəbul edilib. Konfransın çərçivəsində BMT-nin rəsmi platforması kimi tanınan SİUQGH-nın idarəetmə funksiyasını həyata keçirəcək Gənclər Məşvərət Şurasına (Youth Advisory Committee) seçkilər keçirilib. Bu komitəyə keçirilən seçkilərin 1-ci turunda Dialoq və Əməkdaşlq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə iştirakçılar tərəfindən qəbul edilib. DƏİKGF-dan başqa Gənclər Məşvərət Komitəsində regional gənclər təşkilatları olaraq Avropa Gənclər Forumu, Asiya Gənclər Şurası, Sakit Okeanı Gənclər Birliyi və Panafrika Gənclər İttifaqı, beynəlxalq təşkilat olaraq isə Gənclər Təşkilatları Liderlərinin Beynəlxalq Şurası təmsil olunacaqlar. Konfrans öz işini İstanbul Bəyanatının qəbul edilməsi ilə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR