Bank Of Baku

Afinada keçirilən beynəlxalq forumda Azərbaycandakı pensiya islahatları müzakirə olunub

Afinada keçirilən beynəlxalq forumda Azərbaycandakı pensiya islahatları müzakirə olunub
# 07 aprel 2009 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Afinada (Yunanıstan) BMT-nin İnkişaf Proqramının təşkil etdiyi «Keçid dövrü: inkişaf problemləri» adlı beynəlxalq forumda Azərbaycanda həyata keçirilən pensiya islahatları da müzakirə olunub.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, tədbirdə Azərbaycanı DSMF-nin sədri Səlim Müslümov təmsil edib. Forumda məruzə ilə çıxış edən S.Müslümov qeyd edib ki, elektron hökumət vasitələrinin Azərbaycanın pensiya sisteminin təkmilləşdirilməsində roluna geniş yer ayrılır: «Bu gün milyonlarla Azərbaycan pensiyaçısı öz aylıq pensiyalarını bankomat vasitəsi ilə alır. Pensiya sistemində olan problemlər və texniki səhvlər əhəmiyyətli dərəcədə azaldılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR