Bank Of Baku

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar seminar keçirilib

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar seminar keçirilib
# 07 aprel 2009 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ümumdünya Səhiyyə Təşkilatı “İnsan həyatını xilas edək. Fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edək” şüarı altında qeyd olunan 7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar seminar keçirib. APA-nın məlumatına görə, BMT-nin İctimai İnformasiya Departamentinin nümayəndəsi Envera Selimoviç bütün ölkələrin səhiyyə sisteminin təkmilləşdirilməsinə hələ də ehtiyac olduğunu deyib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin fövqəladə hallar üzrə hazırlıq və cavabvermə proqramının koordinatoru Qabit İsmayılov isə bildirib ki, ötən il ərzində dünyada 321 təbii fəlakət baş verib və nəticədə 235 min 816 nəfər ölüb. Bu göstəricisi əvvəlki 7 ildə ölənlərin orta illik sayından 4 dəfə çoxdur. Artım yalnız iki hadisə ilə bağlı baş verib. Myanmada baş verən “Nargis” siklonu nəticəsində 138 min 366 nəfər ölüb və ya itkin düşüb. Çinin Siçuan əyalətində baş vermiş güclü zəlzələ zamanı isə 87 min 476 nəfər həlak olub. Dünyada təbii fəlakətlər nəticəsində ölən insanların sayının ən çox olduğu 10 ölkədən 9-u Asiyada yerləşir. Ötən il ərzində təbii fəlakətlər dünyaya 181 milyard ABŞ dolları məbləğində zərər vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR