Bank Of Baku

Abşeron rayonunda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin İcma İnkişafı modeli ilə bağlı tədbir keçirilib

Abşeron rayonunda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin İcma İnkişafı modeli ilə bağlı tədbir keçirilib
# 07 aprel 2009 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 7 Aprel Ümumdünya Sağlamlıq Günü ilə bağlı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ACQUİRE Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin İcma İnkişafı modeli ilə bağlı bu gün Abşeron rayonun Məhəmmədi kəndində tədbir keçirilib. APA-nın məlumatına görə, ACQUİRE Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin rəhbəri Mavcudə Babamuradova layihə ilə bağlı iştirakçılara məlumat verib. Onun sözlərinə görə, layihə 2008-ci ilin yanvar ayından başlayaraq Bakı şəhəri və Abşeron rayonu icmalarında 37 nəfər qadın və kişi könüllü təlimçi hazırlayıb. Təlimçilər 500-ə qədər icma sağlamlıq sessiyası keçirməklə təxminən 3 min qadın və 1500 kimini mövzu üzrə maarifləndiriblər.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi USAİD-in Azərbaycan hökuməti ilə sağlamlıq sahəsində əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, bu gün dünyada 200 milyon qadın ailə planlaşdırılmasından istifadə etmək istəyir. Lakin məlumatların əldə edilməsində yaranan problemlər, həmçinin onların bu istəyinin ailə və icmalar tərəfindən dəstəklənməməsinə görə buna nail ola bilmirlər. Səfir millətin gələcəyinin qadın, kişi və uşaqlardan asılı olduğunu qeyd edib. O, reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərinin davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə Reproduktiv Sağlamlıq üzrə milli koordinator Faizə Əliyeva, Abşeron rayon səhiyyə şöbəsinin müdiri Mehriban Qaralova, USAİD-in ölkə üzrə koordinatoru Skot Teylor və digərləri çıxış edib. Layihədə iştirak edən “könüllü təlimçilər” mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR