Bank Of Baku

Gürcüstan və Ermənistan Kür çayını çirkləndirməyə davam edir

Gürcüstan və Ermənistan Kür çayını çirkləndirməyə davam edir
# 07 aprel 2009 11:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə martın III ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gürcüstan və Ermənistan ərazilərində təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini dəfələrlə keçib. Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 3, Ağstafaçay Su Anbarında fenollar 3, mis birləşmələri isə 2 dəfə normanı ötüb.

Araz çayında suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri və fenollar Horadizdə və I Şahsevən məntəqəsində 3, Bəhrəmtəpədə mis birləşmələri 3, fenollar isə 2 dəfə yol verilən həddi keçib. Həmin məntəqələrdə neft məhsullarının miqdarı norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR