Bank Of Baku

“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin açılışı keçirilib

“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin açılışı keçirilib
# 07 aprel 2009 15:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanının seçilmiş rayonunda pilot icrası” layihəsinin açılış tədbiri keçirilib. APA-nın xəbərinə görə, 2, 5 milyon avro dəyərində büdcə ilə təmin edilmiş layihə 2011-ci ilin fevralında başa çatacaq. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, layihə Azərbaycan hökumətinə texniki peşə təhsili sahəsində islahatların əmək bazarının ehtiyaclarına uyğunlaşdırılmasına yardım edəcək, ölkəmizdə işə götürənlər və texniki peşə təhsili arasında əlaqələrin qurulmasına inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərəcək. Layihə texniki peşə təhsili sisteminə fəal dəstə olacaq effektiv əməkdaşlığın təmin edilməsi üçün dövlət və özəl sektor arasında dialoqu inkişaf etdirəcək.
Layihə Bakıda və İsmayıllı rayonunda icra olunacaq. Layihənin əsas tərəfdaşı Təhsil Nazirliyi, benefisiarları isə Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri, İsmayıllı rayon İcra Hakimiyyəti, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR