Bank Of Baku

Şərurda əmək yarmarkası keçirilib

Şərurda  əmək yarmarkası keçirilib
# 07 aprel 2009 16:55 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda növbəti əmək yarmarkası keçirilib. Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara 26 müəssisə və təşkilat üzrə 307 boş iş yeri təqdim olunub. Vakant yerlərin 16-sı dövlət, 14-ü özəl müəssisəyə aid olub. Yarmarkanın keçirildiyi müddətdə 65 nəfər daimi işlə təmin olunub, 2 nəfər kvota yerinə göndərilib. 8 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.
2008-ci ildə Şərur rayonunda keçirilən əmək yarmarkalarında 173 nəfər daimi işlə təmin olunub. Ötən il Naxçıvan MR-də rayon və şəhər məşğulluq mərkəzləri tərəfindən 2 min 351 iş axtaran vətəndaş qeydə alınıb, onlardan 2 min 113-ü işlə təmin olunub.

Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar aprelin sonunadək regionun bütün bölgələrini əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR