Bank Of Baku

Bakıda “Bioetika, insan haqları və yeni texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Bioetika, insan haqları və yeni texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 08 aprel 2009 08:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İyunun 17-19-da Bakıda “Bioetika, insan haqları və yeni texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. APA-nın UNESCO-nun Moskvadakı bürosuna istinadən verdiyi xəbərə görə, tədbirin təşkilatçıları Azərbaycanın insan haqları üzrə müvəkkilinin (ombudsman) aparatı və Azərbaycan Tibb Assosiasiyasıdır. UNESCO-nun Moskva bürosunun dəstəyi ilə keçiriləcək konfransda yeni biomedikal texnologiyaların və sürətli elmi inkişafın doğurduğu sosial və etik problemlər müzakirə ediləcək. Tədbirə müxtəlif ölkələrin ombudsmanları, hökumət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların nümayəndələri, insan haqları, bioetika, elmi etika və texnologiya üzrə yerli və beynəlxalq ekspertlər, MDB ölkələrinin milli bioetik komitələrinin təmsilçiləri qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR