Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə düşəcək

Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə düşəcək
# 08 aprel 2009 09:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, aprelin 10, 11, 12-də Bakı və Abşeron yarımadasında temperatur 10-12 dərəcə olacaq. Aprelin 9-da gündüz və 10-na keçən gecə şimal küləyinin daha da güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli yağış yağması, yüksək dağlıq ərazilərdə yağıntının sulu qara keçmə ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir.

Aprelin 10-12-də Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlıq rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənilir.

Qeyd edək ki, son günlər Azərbaycanda temperatur iqlim normasından 4,5 dərəcə yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR