Bank Of Baku

Ağdamın Sarıcalı kəndində 20-dən çox yaşayış evi 1 aydan çoxdur işıqsız qalıb

Ağdamın Sarıcalı kəndində 20-dən çox yaşayış evi 1 aydan çoxdur işıqsız qalıb
# 08 aprel 2009 09:59 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın Sarıcalı kəndində 20-dən çox yaşayış evi işıqsız qalıb. Kənd sakinləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, evlərdən bəzilərinə mart ayının 1-dən etibarən elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb. Ağdam Paylayıcı Elektrik Şəbəkəsinin (PEŞ) əməkdaşları həmin evləri elektrik enerjisi ilə təchiz edən hava xətlərini kəsiblər. Digər sakinlərə isə enerji yerli paylayıcı elektrik şəbəkəsi tərəfindən müəyyən olunmuş qrafik üzrə verilir. Kəndlilərin sözlərinə görə, evlərin hamısı sayğaclaşdırılıb və vaxtlı-vaxtında enerji haqqını ödəyiblər. Elektrik xətlərinin kəsilməsinə isə aydınlıq gətirən yoxdur.
Ağdam PEŞ-in istismar şöbəsindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, sözügedən kənddə elektrik xətlərinə qanunsuz müdaxilələr aşkarlanıb. İstehlakçıların əksəriyyəti isə sərf etdiyi elektrik enerjisinin haqqını ödəməkdən yayınır. Elə buna görə də, enerji haqqını ödəməyən evlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Qeyd olunub ki, abonentlərin borcları ödənmədiyi halda vəziyyət olduğu kimi qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR