Bank Of Baku

Almaniya ilə Azərbaycan arasında ali təhsil sahəsi üzrə əməkdaşlıq genişlənəcək

Almaniya ilə Azərbaycan arasında ali təhsil sahəsi üzrə əməkdaşlıq genişlənəcək
# 08 aprel 2009 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Almaniya və Azərbaycan ali təhsil sahəsi üzrə əməkdaşlığını genişləndirəcək. Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov APA-ya bildirib ki, bu barədə Alman Akademik Mübadilə Xidmətinin dəvəti ilə Almaniyada baş tutan tədbir zamanı razılıq əldə olunub. Təhsil naziri Misir Mərdanovun iştirak etdiyi həmin tədbirdə ikitərəfli universitetlərarası əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın ali təhsil islahatlarında Almaniyanın təcrübəsini öyrənməsi, “Azərbaycan gənclərinin xarici ölkələrdə ali təhsil almasına dair Dövlət Proqramı” çərçivəsində Almaniyaya ali təhsil almağa göndəriləcək azərbaycanlı gənclərinin sayının artırılması qərara alınıb. Hazırda isə Almaniyada bu dövlət proqramı çərçivəsində 26 azərbaycanlı gənc təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR