Bank Of Baku

Milli Arxiv İdarəsinin kollegiya iclası keçirilib

Milli Arxiv İdarəsinin kollegiya iclası keçirilib
# 08 aprel 2009 11:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Milli Arxiv İdarəsinin 2008-ci ildə fəaliyyəti və 2009-cu ildə qarşıda duran vəzifələri ilə bağlı genişləndirilmiş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiyada çıxış edən Milli Arxiv İdarəsinin rəhbəri Ataxan Paşayev deyib ki, ötən il Azərbaycanda arxiv quruculuğu tarixində mühüm hadisə baş verib. Milli Arxiv İdarəsinin yeni binası arxiv təşkilatlarının ixtiyarına verilib. Artıq Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivi, Mərkəzi Laboratoriya bütünlüklə bu binaya köçürülüb, Respublika Dövlət Arxivinin köçürülməsinə isə başlanılıb. A. Paşayev bildirib ki, ötən ilin may ayında Prezidentin İcra Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən Milli Arxiv İdarəsinin arxivlərində aparılan yoxlama nəticəsində aşkara çıxarılmış nöqsanların və problemlərin aradan qaldırılması üzrə tədbirlər planı hazırlanıb. Sənədləri kağız əsaslı dövlət arxivlərində vahid informasiya bazasının yaradılması işlərinə başlanılıb. Ölkənin dövlət arxivlərindən vətəndaşların sosial-hüquq xarakterli sorğularına verilən mənfi cavabların səbəbləri araşdırılıb. A. Paşayevin sözlərinə görə, Şəkil filialında və Göygöl Rayon Dövlət Arxivində arayışların verilməsi zamanı yol verilmiş nöqsanlarla əlaqədar həmin arxivlərdə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başa çatdıqdan sonra vətəndaş sorğuları ilə iş məsələsi hərtərəfli yoxlanacaq. Artıq Göygöl rayon Dövlət Arxivində istintaq araşdırmaları başa çatıb. Ona görə də may ayında sözügedən arxivdə yoxlama aparılması nəzərdə tutulur. A. Paşayev qeyd edib ki, ötən il 6 minə yaxın işin və 25300-dən artıq şəxsi mənşəli sənədin təsviri aparılıb. İşlərin 76 faizi Naxçıvan MR dövlət arxivlərinin, sənədlərin 97 faizi isə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin payına düşür. Ötən il Respublika Dövlət Arxivində və Tarix Arxivində, Bakı Göyçay, Mingəçevir filialları istisna olmaqla, digər filiallarda və Naxçıvan MR Dövlət Arxivində siyahıların yenidən işlənməsi və təkmilləşdirilməsi yenidən aparılıb. Ötən il dövlət arxivlərində 105 minə yaxın iş ekspertizadan keçirilib, 1175 daimi və 7656 şəxsi heyətə aid iş siyahıya alınıb. A. Paşayevin sözlərinə görə, ötən il Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Ədliyyə, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Sənaye və Energetika, Vergilər, Maliyyə nazirliklərinin, Milli Olimpiya Komitəsinin, “Azərenerji”, “Azərqaz” Səhmdar cəmiyyətlərinin, Xəzər Dəniz Gəmiçiliyinin, “Azdövsutəslayihə” İnstitutunun sənədləri qaydaya salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR