Bank Of Baku

İlin sonunadək Gəncə və Şəkidə yeni arxiv binaları istifadəyə veriləcək

İlin sonunadək Gəncə və Şəkidə yeni arxiv binaları istifadəyə veriləcək
# 08 aprel 2009 11:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İlin sonunadək Gəncə və Şəki şəhərlərində Respublika Dövlət Arxivinin yeni filial binaları istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə Milli Arxiv İdarəsinin rəhbəri Ataxan Paşayev bu gün keçirilən kollegiya iclasında bildirib. Onun sözlərinə görə, Respublika Dövlət Arxivinin Gəncə filialı həddən artıq acınacaqlı vəziyyətdə olub. Zirzəmidə yerləşən arxiv ötən il həmin binada baş verən yanğın nəticəsində daha çox zərər çəkib. Dövlət Arxivinin Şəki filialı isə köhnə Karvansarada yerləşdiyi üçün onu təmir etmək mümkün olmayıb. Ona görə də ötən il Şəki filialı müvəqqəti Xan Sarayının həbsxana binasına köçürülüb. A. Paşayevin sözlərinə görə, Gəncə və Şəki filialları üçün yeni tikilən binalar müasir standartlara cavab verəcək. Bu, xüsusi layihə əsasında paytaxtdan kənarda tikilən ilk arxiv binalarıdır. Gələcəkdə Şirvan şəhərində də yeni filial binasının tikilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR