Bank Of Baku

“Azərbaycanda və dünyada rus dilinin rolu” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda və dünyada rus dilinin rolu” mövzusunda dəyirmi masa keçirilib
# 08 aprel 2009 12:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycanda və dünyada rus dilinin rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan Xalq Sosialist Partiyası tərəfindən təşkil olunan dəyirmi masada “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski, Azərbaycanda Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin rəhbəri Ənvər Şeyxov, “Novosti-Azerbaydjan” informasiya agentliyinin direktoru Gülnarə Məmmədzadə, Bakıdakı 160 saylı orta məktəbin direktoru Faina Ələkbərova və teleaparıcı Vado Korovin iştirak ediblər. Tədbirdə Azərbaycan və digər MDB ölkələrində rus dilinin problemləri müzakirə olunub. V. Korovin televiziyalarda dublyajla bağlı problemlərə toxunub və rusdilli telekanalın yaradılması təklifi ilə çıxış edib. R. Talışinski isə bildirib ki, dünya ilə ünsiyyət üçün ikinci dilə ehtiyac var və Azərbaycanda 200 illik praktikanı nəzərə alaraq bu rolu ən yaxşı rus dilinin oynaya biləcəyini söyləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR