Bank Of Baku

Azərbaycan və Gürcüstanın Milli Arxiv idarələri arasında əməkdaşlıq memorandumu imzalanacaq

Azərbaycan və Gürcüstanın Milli Arxiv idarələri arasında əməkdaşlıq memorandumu imzalanacaq
# 08 aprel 2009 12:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. May ayında Azərbaycan Respublika Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxiv İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq. APA-nın məlumatına görə, bu barədə Milli Arxiv İdarəsinin rəhbəri Ataxan Paşayev bildirib. Onun sözlərinə görə, Gürcüstan Milli Arxiv İdarəsi ilə imzalanacaq memorandum arxiv sənədlərindən qarşılıqlı istifadəni nəzərdə tutur. A. Paşayev deyib ki, Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi arasında əməkdaşlıq haqqında saziş də imzalanmağa hazırdır və artıq Xarici İşlər Nazirliyinə təqdim olunub. Ukrayna Milli Arxiv İdarəsi ilə əməkdaşlıq sazişinin ilkin layihəsinin də hazırlandığını deyən A. Paşayevin sözlərinə görə, ilin sonunadək bu sənədin imzalanmasına nail olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR