Bank Of Baku

Ötən il dövlət arxivlərinin sənədlərindən 270 tədqiqatçı istifadə edib

Ötən il dövlət arxivlərinin sənədlərindən 270 tədqiqatçı istifadə edib
# 08 aprel 2009 13:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ötən il dövlət arxivlərinin sənədlərindən 270 tədqiqatçı istifadə edib. APA-nın məlumatına görə, bu barədə Milli Arxiv İdarəsinin rəhbəri Ataxan Paşayev bu gün keçirilən kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, tədqiqatçılara 36200-dən artıq iş verilib. Milli Arxiv İdarəsi sənədlərindən ən çox istifadə edilən arxivləri də müəyyənləşdirib. Bunlar Dövlət Tarix Arxivi (17038 iş), Dövlət Arxivi (7362 iş), Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (1243 iş), Dövlət Foto-Kino Sənədləri Arxivi (3935 foto və 739 kino), Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (1400 iş), Şirvan, Lənkəran, Sumqayıt və Mingəçevir dövlət arxivləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR