Bank Of Baku

Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının iclası keçirilib
# 08 aprel 2009 13:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirə olunub. Komissiyanın sədri Hadı Rəcəbli deyib ki, bu qanun uşaq idmanı, paralimpiya və idmanın digər sahələrini də əhatə edəcək. O bildirib ki, XI fəsil, 65 maddədən ibarət qanun layihəsi Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir: “Bu qanun hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verir”. H. Rəcəbli qanun layihəsinin ictimaiyyətin iştirakı ilə geniş müzakirəsinin keçiriləcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR