Bank Of Baku

Azərbaycanda gənc alimlərin qrant elmi tədqiqat proqramlarında iştirak etməsi üçün müsabiqə keçirilir

Azərbaycanda gənc alimlərin qrant elmi tədqiqat proqramlarında iştirak etməsi üçün müsabiqə keçirilir
# 20 may 2009 10:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. TWAS müstəqil beynəlxalq təşkilatı TWAS proqramı üzrə gənc alimlərə Braziliya, Çin, Hindistan, Malayziya, Meksika, Pakistan və digər ölkələrdə elm və texnologiya, biotexnika, fizika, təbiət elmləri, molekulyar biologiya, molekulyar tibb, farmakologiya, molekulyar genetika, üzvi kimya sahələri üzrə namizədlik elmi dərəcəsi üçün elmi iş aparmaq imkanını təklif edir.

Azərbaycan Milli Elmlər Akademiyasından «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, təşkilat yer elmləri, texniki elmlər, informasiya texnologiyaları və kompüter sahələri üzrə gənc alimlərə elmi-tədqiqat işlərini yüksək səviyyədə aparmaq üçün qrant elmi tədqiqat proqramında iştirak etməyi təklif edir.

Sənədlər 1 həftə müddətində AMEA-nın xarici əlaqələr şöbəsinə təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR