Bank Of Baku

ANAMA ilə BMT İP arasında sənəd imzalanıb

ANAMA ilə BMT İP arasında sənəd imzalanıb
# 20 may 2009 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və BMT İnkişaf Proqramı (İP) arasında “Azərbaycanda minalarla mübarizə üzrə potensialın daha da gücləndirilməsi və genişləndirilməsi” adlanan layihənin üçüncü mərhələsi üzrə sənəd imzalanıb. APA-nın məlumatına görə, ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, layihənin üçüncü mərhələsinin əsas məqsədi daha üç il (2009-2011) ərzində ANAMA-ya texniki dəstək, məsləhət, əlaqələndirmə və inkişaf üçün yardım göstərilməsidir: «BMT İP mina/Partlamamış Hərbi Sursatın təmizləmə əməliyyatlarının səmərəli sürətdə həyata keçirilməsi üçün potensialın gücləndirilməsi və genişləndirilməsi, mina təhlükəsinə dair maarifləndirilmə, minadan zərərçəkənlərə yardım, beynəlxalq əməkdaşlıq və mina probleminə məruz qalmış digər ölkələrə yardım göstərməkdə ANAMA-ya dəstək verəcək”.

N. İsmayılov qeyd edib ki, BMT İP və ANAMA arasında əməkdaşlıq 1999-cu ildən Azərbaycanda Minalarla Mübarizə üzrə Proqramın birinci mərhələsi çərçivəsində başlanıb. Layihə minalanan ərazilərdə tədqiqat, xəritələmə və təmizləmə, həmçinin işğal altında olan torpaqlar Azərbaycanın nəzarəti altına keçdikdən sonra orada mina/PHS probleminin həll üçün lazımi milli potensialın qurulmasını nəzərdə tutur.

ANAMA direktorunun sözlərinə görə, ümumi dəyəri 6,6 mln. ABŞ dolları olan layihə həmçinin ANAMA-nın Minalarla Mübarizə üzrə Beynəlxalq Mərkəzə çevrilməsinə yardımçı olacaq. O, bu vəsaitin 6 milyon dollarının Azərbaycan hökuməti, 600 min dollarının isə BMT İP tərəfindən ödəniləcəyini qeyd edib: «ANAMA əvvəllər artıq bir neçə dəfə qonşu ölkələrə təlim üzrə yardım göstərib. Bu mərkəz dünya miqyasında minalarla mübarizə sahəsində bilik, təcrübə və məlumat mübadiləsi üçün yeni imkanlar yaradacaq».

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza isə ANAMA ilə əməkdaşlığın müsbət səmərə verdiyini qeyd edib. O, bundan sonra, hazırda işğal altında olan ərazilər azad edildikdən sonra belə minatəmizləmə işlərində BMT İP-nin ANAMA-ya yardım göstərəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR