Bank Of Baku

ATƏT-in Bakı Ofisi Naxçıvanda biznes və investisiya mühitinin inkişafına dair seminar keçirir

ATƏT-in Bakı Ofisi Naxçıvanda biznes və investisiya mühitinin inkişafına dair seminar keçirir
# 20 may 2009 12:10 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Dövlət Universitetində (NDU) ATƏT-in Bakı Ofisinin bu ali təhsil müəssisəsi ilə birgə təşkil etdiyi «Biznesin və investisiya mühitinin inkişafı sahəsində müsbət təcrübələr» mövzusunda ikigünlük seminar işə başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Bakı Ofisinin rəhbəri Bilgə Cankorel iştirak edib. O, çıxışında seminara uğurlar arzulayıb. Ekspertlər universitetin müəllim və tələbə heyəti qarşısında biznes və investisiya mühiti, investisiya mühitinə aid siyasi və hüquqi əsaslar, hüquqi və tənzimləyici məsələlərə dair interaktiv mühazirələrlə çıxış ediblər. Seminar öz işini sabah davam etdirəcək. Tədbir çərçivəsində həmçinin Naxçıvan MR üzrə SWOT (Strenpr-güj, Weakness-zəiflik, Opportunity-imkanlar və Threat-təhlükələr) üzrə dördpilləli təhlil aparılacaq, nəticələrin birgə müzakirəsi, habelə Azərbaycanda İnvestisiya mühiti haqqında fikir mübadilələri həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR