Bank Of Baku

Rusiyanın ali məktəblərinə Azərbaycan vətəndaşları üçün elan edilən müsabiqədə boş qalan yerləri diaspor nümayəndələri tutacaq

Rusiyanın ali məktəblərinə Azərbaycan vətəndaşları üçün elan edilən müsabiqədə boş qalan yerləri diaspor nümayəndələri tutacaq
# 20 may 2009 13:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2009-2010-cu tədris ili üçün Rusiyanın ali məktəblərinə Azərbaycan vətəndaşları üçün elan etdiyi müsabiqəyə 90 nəfər sənəd verib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, Rusiyanın ali məktəblərinə qəbul üçün 100 yer verilib: “Göründüyü kimi, ərizələrində sayı azdır. Buna görə də TQDK boş qalan yerləri Azərbaycan diasporunun nümayəndələri üçün ayırmağı nəzərdə tutub”. TQDK sədri bildirib ki, diaspora nümayəndələri üçün imtahan Moskvada keçiriləcək. İmtahanda Heydər Əliyev Fondunun Moskva nümayəndəsi də iştirak edəcək: “Bilirsiniz ki, təkcə Moskvada yox, Rusiyanın uzaq yerlərindən də bizə yerlər təqdim olunub. Həmin ərazilərdə də çoxlu azərbaycanlılar yaşayır. Onların balalarına imkan yaradılır ki, dövlətə verilən bu yerləri tuta bilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR