Bank Of Baku

Bakalavr pilləsinə daxil olmaq istəyən rus bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən ilk imtahanı mayın 24-də verəcək

Bakalavr pilləsinə daxil olmaq istəyən rus bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən ilk imtahanı mayın 24-də verəcək
# 20 may 2009 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin bakalavr pilləsinə daxil olmaq istəyən rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 24-də keçiriləcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanda mayın 18-nə qədər öz elektron ərizələrini təsdiq etdirmiş abituriyentlər iştirak edəcək. Sözügedən abituriyentlər mayın 21-dən 23-dək öz elektron ərizələrinə daxil olub, imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fəndindən ikinci imtahan isə iyunun 21-də keçiriləcək.
Qeyd edək ki, rus bölməsi üzrə ali məktəblərə sənəd verənlərin sayı 10 mindən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR