Bank Of Baku

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın regional konfransı başlayıb

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın regional konfransı başlayıb
# 20 may 2009 14:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (TQBA-IAEA: International Association for Educational Assessment) “Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda regional konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən üç günlük konfransda İngiltərə, Niderland, Rusiya, Qazaxıstan və digər ölkələrin təhsilin qiymətləndirilməsi üzrə qurumlarının rəhbərləri, ekspertləri iştirak edir. Konfransın açılış mərasimində çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, tədbirin keçirilməsində məqsəd təhsil qurumlarına, ekspertlərə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, təhsil sahəsində və qiymətləndirmədə təkmilləşdirmə işləri aparmaq üçün geniş zəmin yaratmaqdır. Konfransda müasirləşmə dövründə qiymətləndirmənin təhsilin keyfiyyət islahatlarına təsiri, təhsildə qiymətləndirmənin perspektiv inkişaf istiqamətləri, obyektivliyin və şəffaflığın təmini, çoxmillətli cəmiyyətdə qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, qiymətləndirmə üsullarının müqayisəli təhlili, qiymətləndirmənin alternativ üsulları kimi mövzular müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR