Bank Of Baku

Yaponiya səfirliyinin vəsaiti hesabına Şəkidə uşaq bağçası inşa edilib

Yaponiya səfirliyinin vəsaiti hesabına Şəkidə uşaq bağçası inşa edilib
# 21 may 2009 07:28 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaiti hesabına Şəkidə uşaq bağçası inşa edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaiti hesabına Şəki rayonunun Orta Zəyzid kəndində 40 yerlik uşaq bağçası inşa edilib. Uşaq bağçası lazımi və müasir avadanlıqlarla təchiz edilib. Layihənin başa çatması üçün Yaponiyanın Azərbaycandakı səfirliyinin hesabından 84 min ABŞ dolları xərclənib. Rayon icra strukturlarının, Orta Zəyzid kənd sakinlərinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşının iştirakı ilə bağçasının açılış mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR