Bank Of Baku

Mayın 24-də rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək

Mayın 24-də rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək
# 21 may 2009 07:31 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən test imtahanı keçirəcək. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib. İmtahanda elektron ərizələrini 2009-cu il mayın 18-nə kimi Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Bunun üçün abituriyentlər mayın 21-dən 23-dək internet vasitəsilə öz elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.
“İmtahana buraxılış vərəqəsi”ndə abituriyentin imtahan verəcəyi bina, sıra və yer qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR