Bank Of Baku

Naxçıvanda “donuz qripi” virusuna qarşı mübarizə tədbirləri gücləndirilib

Naxçıvanda “donuz qripi” virusuna qarşı mübarizə tədbirləri gücləndirilib
# 21 may 2009 07:36 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) H1N1 («donuz qripi») virusuna qarşı mübarizə tədbirləri gücləndirilir. Naxçıvan MR Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Süleyman Cabbarlının APA-nın yerli bürosuna verdiyi məlumata görə, xüsusi göstərişə əsasən regionun bütün səhiyyə obyektlərində qrip və digər tənəffüs yolları problemləri ilə müraciət edən xəstələr üzərində epidemioloji nəzarət aparılır. Sözügedən xəstəliyin hər hansı əlamətini daşıyan xəstə müəyyən edilərsə, operativ şəkildə Naxçıvan MR Səhiyyə Nazirliyinə məlumat veriləcək. Mərkəz tərəfindən hazırlanan tədbirlər planına əsasən yüksək temperatur, tənəffüs problemləri və qripin digər əlamətlərinə yoluxmadan şübhəli xəstələr ayrıca palataya köçürüləcək və həmin palatalar karantin altına alınacaq.
S. Cabbarlı onu da bildirib ki, gömrük məntəqələrində Sanitar-Karantin Müfəttişliyinin əməkdaşlarına müvafiq şərait yaradılması üçün Naxçıvan MR Dövlət Gömrük Komitəsinə müraciət edilib. Hazırda tibb işçilərinin fəaliyyət göstərəcəyi gömrük məntəqələrində digər ölkələrdən gələn və xəstəliyin xüsusiyyətlərini daşıyan xarici vətəndaşların üzərində müayinə aparılmaqdadır.
Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov isə APA-nın yerli bürosunun əməkdaşı ilə söhbətində bölgədə bütün donuzçuluq təsərrüfatlarının baytarlıq xidmətinin ciddi nəzarəti altında olduğunu deyib. Xidmət rəisi hazırda bu istiqamətdə təsərrüfat sahibləri ilə, habelə yerli əhali arasında mütəmadi maarifləndirici söhbətlər aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR