Bank Of Baku

Qlobal Parlamentarların Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının Cənubi Qafqaz Şəbəkəsinin toplantısı keçirilib

Qlobal Parlamentarların Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının Cənubi Qafqaz Şəbəkəsinin toplantısı keçirilib
# 21 may 2009 11:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bakıda Qlobal Parlamentarların Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının Cənubi Qafqaz Şəbəkəsinin toplantısı keçirilib. APA-nın məlumatına görə, tədbirdə təşkilatın qurucusu Con Uilyams çıxış edərək təşkilatın 2002-ci ildə Kanadada təsis edildiyini, Azərbaycanın isə 2009-cu ildə quruma üzv olduğunu söyləyib. C. Uilyams bildirib ki, təşkilatın əsas məqsədi korrupsiyaya qarşı mübarizə aparmaq, hökumətlərin bu sahədəki məsuliyyətini daha da artırmaqdır.

Qlobal Parlamentarların Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının Cənubi Qafqaz Şəbəkəsinin rəhbəri Əli Hüseynov isə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində böyük işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, Milli Məclis tərəfindən bu sahədə mükəmməl qanunvericilik bazası yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR