Bank Of Baku

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilir
# 21 may 2009 11:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans başlayıb. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən ADU-nun rektoru Səməd Seyidov iki gün davam edəcək konfransda xarici dillərin tədrisinin yaxşılaşdırılması və bu sahədə mövcud olan problemlərlə bağlı 110 məruzənin dinləniləcəyini deyib. Təhsil nazirinin müavini İradə Hüseynova isə bildirib ki, Azərbaycanın Avropaya inteqrasiyası prosesində dil bilən ixtisaslı kadrlara daha çox ehtiyac duyulur: “Xarici dil dərsliklərinin daha keyfiyyətli hazırlanmasına diqqət yetirilməlidir. Xüsusən də bu sahə üzrə gənc tədqiqatçılara daha çox imkan yaratmaq lazımdır”. Təhsil Problemləri İnstitutunun rektoru Abdulla Mehrabov isə qeyd edib ki, ötən ildən tətbiq olunan milli kurrikulumda xarici dillərin yeni məzmunda tədrisinə də yer ayrılıb, lakin ali məktəblərin pedaqoji fakültələrində da milli kurrikulumla bağlı məqamlar nəzərə alınmalıdır: “Bu, ən ağrılı problemlərdən biridir. Ötən il biz 9 min müəllimə kurrikulumun məqsədlərini izah etmişik. Bu il yenidən həmin miqdarda müəllim kurrikulumla bağlı təlimlərə cəlb olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR