Bank Of Baku

Gəncədə ictimai nəqliyyat təzələnəcək

Gəncədə ictimai nəqliyyat təzələnəcək
# 21 may 2009 11:45 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Gəncə şəhərinə yeni avtobusların daha bir partiyası gətiriləcək. Bu barədə APA-nın qərb bürosuna Gəncə 1 saylı Regional Nəqliyyat MMC-nin rəisi Şəmistan Nağıyev məlumat verib. Onun sözlərinə görə, şəhərə yeni avtobusların gətirilməsi üçün sahibkarlar və şirkətlərlə danışıqlar aparılır. Gətiriləcək avtobusların sayı, markası bu danışıqların nəticəsindən asılıdır.
Qeyd edək ki, ötən il Gəncəyə 68-ə yaxın «Ford», «Mercedes» və «QAZel» markalı yeni avtobus və mikroavtobuslar gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR