Bank Of Baku

Mayın 26-da Bakıda IV məzun yarmarkası keçiriləcək

Mayın 26-da Bakıda IV məzun yarmarkası keçiriləcək
# 21 may 2009 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Mayın 26-da Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə 28 may Respublika Gününə həsr olunmuş IV məzun yarmarkası keçiriləcək. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində baş tutacaq yarmarkada 60-dan yuxarı holdinq, şirkət və banklar vakant iş yerləri ilə iştirak edəcək. Yarmarkada bütün ali təhsil müəssisələrinin məzunları iştirak edə bilər. Yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməklik göstərilməsidir. Qeyd edək ki, ölkədə məzun yarmarkaları artıq dördüncü ildir keçirilir. “Məzun 2006” yarmarkasında 143, «Məzun-2007» yarmarkasında 300-dən çox, “Məzun 2008” yarmarkasında isə 500 nəfərdən çox gənc işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR