Bank Of Baku

“Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı “Fəaliyyət Planı” üzrə tərəqqinin qiymətləndirilməsi” mövzusunda konfrans keçirib

“Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı “Fəaliyyət Planı” üzrə tərəqqinin qiymətləndirilməsi” mövzusunda konfrans keçirib
# 21 may 2009 13:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi “Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı “Fəaliyyət Planı” üzrə tərəqqinin qiymətləndirilməsi” mövzusunda bu gün konfrans keçirib. APA-nın məlumatına görə, ictimai komitənin sədri Əvəz Həsənov bildirib ki, Fəaliyyət Planının imzalandığı tarixdən bu vaxta qədər planın yerinə etdirilməsi ilə bağlı bütün məqamların monitorinqi aparılıb və təhlil edilib. O, təhlilin aparılmasında milli komitənin üzvü olan ekspertlərlə bərabər digər mütəxəssislərin də iştirak etdiyini bildirib.

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabir Bağırov isə hazırlanmış hesabatla bağlı məlumat verib. Onun sözlərinə görə, 10 prioritet sahəni hər biri ayrı-ayrılıqda təhlil edilib və 5 ballıq şkala üzrə qiymətləndirilib. Ekspertlər hesabatın birinci bölməsini – Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidə vəziyyəti müəyyən tərəqqi kimi qiymətləndiriblər. S. Bağırovun sözlərinə görə, digər prioritetlər də ekspertlərin ümumi rəyinə əsasən qiymətləndirilib. Beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçkinin təmin olunması sahəsində geriləmə, azadlıq və təhlükəsizlik sahəsində vəziyyət dəyişməzdir. İnsan hüquqlarının, əsas azadlıqların və qanunun aliliyinin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizəni gücləndirməklə biznes və investisiya mühitinin yaxşılaşdırılması, gömrük xidməti fəaliyyətinin yaxşılaşdırılmasında, ədliyyə, regional əməkdaşlığın gücləndirilməsində, iqtisadi qanunvericilik prioritetləri üzrə isə müəyyən tərəqqinin olduğu hesabatda öz əksini tapıb. Konfransda Milli Komitənin digər üzvləri mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR