Bank Of Baku

Şirvanda 151 QİÇS-ə yoluxmuş şəxs var

Şirvanda 151 QİÇS-ə yoluxmuş şəxs var
# 21 may 2009 13:32 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı-APA. Şirvanda 151 QİÇS-ə yoluxmuş şəxs var. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə Şirvan şəhərində “Əsrin bəlası-narkomaniya ilə mübarizə hər birimizin işidir” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirilib. Şirvan şəhər İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının birgə təşəbbüsü ilə keçirilən tədbirdə şəhər gəncləri və ictimayyət nümayəndələri iştirak ediblər. Elmi-praktiki konfransda İcra hakimiyyətinin başçısı, şəhər prokuroru, polis rəisi, Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin rəisi və Şirvan Regional HİV laboratoriyasının müdiri çıxış ediblər. Şirvan Regional HİV laboratoriyasının müdiri Elmira Qədirli çıxışında bildirdi ki, hal-hazırda Şirvan şəhərində 151 nəfər QİÇS-ə yoluxmuş şəxs var. QİÇS-li xəstələrin 4 nəfəri dünyasını dəyişib. Polis rəisi Şahmar Paşayev öz çıxışında bildirdi ki, bu ilin beş ayı ərzində 36 nəfər şəxs narkotiklərin qnunsuz saxlanması və satışı ilə məşğul olduğu üçün həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR