Bank Of Baku

Balakəndə həkim ambulatoriyasının açılış mərasimi keçirilib

Balakəndə həkim ambulatoriyasının açılış mərasimi keçirilib
# 21 may 2009 13:34 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakəndə həkim ambulatoriyasının inzibati binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyətindən (İH) məlumat verilib. Məlumata görə, rayonun Talalar kəndində Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həkim ambulatoriyası inşa edilib. Səfirlik həkim ambulatoriyasının inzibati binasının tikintisinə 88 min ABŞ dollları xərcləyib. Ambulatoriyanın açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Hideomi Nakajima, millət vəkili Hikmət Atayev, müvafiq qurumların nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR