Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Praqada beynəlxalq konfransda iştirak edir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Praqada beynəlxalq konfransda iştirak edir
# 21 may 2009 14:05 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Praqada (Çexiya) keçirilən elmi konfransda iştirak edir.

AMEA-dan «APA-Economics»ə verilən məlumata görə, tədbir «Elmi-texniki innovasiyalar: Milli təcrübə və beynəlxalq əməkdaşlıq» mövzusuna həsr olunub.

Konfrans Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin səlahiyyətli üzv dövlətlərinin
nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

Tədbirdə elmi-texniki innovasiyaların tətbiqi üzrə təcrübə mübadiləsi və qeyd edilən sahədə beynəlxalq əməkdaşlıq imkanları araşdırılacaq. Konfrans mayın 24-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR