Bank Of Baku

Çəyirtkələr Tərtərdə hektarlarla taxıl sahəsini məhv edib - FOTOSESSİYA

Çəyirtkələr Tərtərdə hektarlarla taxıl sahəsini məhv edib - <font color=red>FOTOSESSİYA</font>
# 21 may 2009 14:55 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtərin cəbhəyanı ərazilərinə çəyirtkə sürülərinin hücumu davam edir. Rayon İcra Hakimiyyəti (İH)Aparatının aqrar məsələlər üzrə şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu günədək çəyirtkə sürüləri 70 hektardan çox taxıl sahəsinə ciddi zərər vurub. Zərərvericilər ümumilikdə 200 hektardan çox taxıl sahəsinə isə qismən xətər yetiriblər. Tərtər RİH-nin əməkdaşı Natiq Musayev APA-ya bildirib ki, çəyirtkə sürülərinin hücum çəkdiyi sahələr xüsusilə Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca yerləşən 7 min hektarlıq ərazidə yerləşir.
Tərtər Aqrolizinq Xidmətinin əməkdaşları indiyədək müxtəlif istiqamətlərdə çəyirtkə sürülərinə qarşı profilaktik tədbirlər görsələr də, zərərvericilərin tam məhvinə nail olmaq mümkün deyil. 20 günə yaxındır sahələrdə dərmanlama işi aparan traktorçular APA-nın Qarabağ bürosunun əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, Respublika Bitki Mühafizəsi İdarəsinin və digər müvafiq qurumların onlara ödəməli olduğu maliyyə vəsaitini vaxtlı-vaxtında ala bilmədikləri üçün yanacaq və sürtgü yağlarına pul çatdıra bilmirlər. Həmçinin onların məvacibi də hələ ki ödənilməyib. Bu isə zərərvericilərə qarşı mübarizədə müəyyən çətinliklər törədir.
Mütəxəssislərin sözlərinə görə, hazırda Tərtərdə taxıl sürülərini və bütün yaşıllıq örtüklərini təhlükə altında qoyan çəyirtkələr «Mərakeş çəyirətkəsi» adı ilə məşhurdur. Bu növ zərərvericilər yaşıl bitki növləri ilə yanaşı peyin və digər müxtəlif tullantılarla qidalana bilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR