Bank Of Baku

Dünyanın 41 ölkəsində “donuz qripi”nə 10243 yoluxma halı qeydə alınıb

Dünyanın 41 ölkəsində “donuz qripi”nə 10243 yoluxma halı qeydə alınıb
# 21 may 2009 15:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən mayın 20-nə qədər 41 ölkədə 10243 laborator təsdiqlənmiş A(H1N1) qrip hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Meksikada 72, ABŞ-da 6, Kanada və Kosta-Rikada isə hərəsində 1 hadisə ölümlə nəticələnib. Virus Meksika, ABŞ, Kanada, Kosta-Rika, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Çili, Çin, Kolumbiya, Kuba, Danimarka, Ekvador, Salvador, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Hindistan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Koreya, Malayziya, Niderland, Yeni Zelandiya, Norveç, Panama, Peru, Polşa, Portuqaliya, İspaniya, İsveç, İsveçrə, Tailand, Türkiyə və Birləşmiş Krallıqda qeydə alınıb. Azərbaycanda isə bu xəstəliklə bağlı şübhəli hallar müşahidə edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR