Bank Of Baku

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası Azərbaycan haqqında icmal hazırlayır

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası Azərbaycan haqqında icmal hazırlayır
# 21 may 2009 15:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycan hökuməti BMT-nin Mənzil təsərrüfatı və torpaqdan istifadə üzrə Komitəsi vasitəsilə təşkilatın Avropa üzrə İqtisadi Komissiyasına ölkənin mənzil sektoruna dair milli icmal hazırlamaq xahişi ilə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya bildiriblər ki, icmal cari ənənələri təhlil edəcək və ölkədə şəhər planlaşdırmasının və mənzil şəraitinin yaxşılaşdırılması üçün tövsiyə və təkliflər verəcək.

Məlumatda bildirilir ki, neft və qaz resurslarına söykənən iqtisadiyyatın sürətli inkişafına baxmayaraq, Azərbaycan heç də həmişə şəhərlərin ardıcıl inkişafı ilə məşğul olmayıb: “Çox sürətli iqtisadi artım tikinti sektorunun genişləndirilməsinə təkan verdiyi bir vaxtda ölkədə mövcud olan mənzil fondunun və kommunal infrastrukturun böyük bir hissəsi köhnəlib və problematik vəziyyətdədir. Münasib mənzillərin, o cümlədən sosial şəraitin olmaması, qanunsuz tikintilər, bəzi rayonlarda və kənd yerlərində pis vəziyyətdə olan mənzil şəraiti və tələblərə cavab verməyən təmir və çoxmənzilli yaşayış binalarının istismarı da daxil olmaqla, ölkə bir sıra problemlərlə üzləşib. Bu təzahürlər hər hansı uzunmüddətli plan və ya ərazi-məkan planlaşdırma strategiyası olmadan paytaxt Bakı şəhərinin mərkəzində tikilərək həndəsi silsilə ilə artan dəbdəbəli binalarla əlaqədardır”.

Milli icmaldakı təhlil və tövsiyələr orta gəlirli ailələrə ev almaq imkanı verən dövlət ipoteka proqramına uyğun maliyyələşdirmə sistemlərinin müəyyən olunması məqsədinə də yönələcək. Azərbaycanda mənzil sektorunun milli icmalını aparmaq üçün beynəlxalq ekspertlər mayın 2-10-da müvafiq nazirliklərin və dövlət qurumlarının mütəxəssisləri və peşəkarları, habelə beynəlxalq və yerli təşkilatlar, yerli hakimiyyət orqanları və tikinti şirkətləri ilə bir sıra görüşlər, müsahibələr keçiriblər. İcmal yaxın aylarda nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR