Bank Of Baku

Şəhidlər Xiyabanında “ingilis əsgəri”nin şərəfinə ucaldılan abidənin götürülməsi tələb olunur - FOTO

Şəhidlər Xiyabanında “ingilis əsgəri”nin şərəfinə ucaldılan abidənin götürülməsi tələb olunur - <font color=red>FOTO</font>
# 22 may 2009 07:26 (UTC +04:00)
Bakı-APA. “Gələn həftə dünya azərbaycanlıları 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91 illiyini qeyd edəcək. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Azərbaycan əraziləri tam şəkildə ingilis-rus-erməni birləşmələri tərəfindən işğal olunmuşdu. Bu işğal zamanı daşnak-bolşevik birləşmələri ölkədə sayı-hesabı hələ də tam bəlli olmayan soyqırımı həyata keçirmişdilər ki, buna da ingilis komandanlığı və ingilis diplomatları dəstək vermişdilər. Onlar da Azərbaycanın sərvətinin talanmasında daşnak-bolşevik birləşmələri ilə əlbir olublar. Respublikamızın əraziləri bu işğaldan hərb yolu ilə təmizlənərkən minlərlə vətəndaşımız və soydaşımız şəhid olub. Bu işğaldan sonra azadlığını əldə etmiş Azərbaycana həm də bütün ölkəni əhatə edən kütləvi məzarlıqlar və şəhid xiyabanları qalıb. Həmin şəhid xiyabanlarından ən böyüyü indiki Şəhidlər Xiyabanının ərazisində salınıb”. Bu fikirlər
Türk Hərəkatı İctimai Birliyinin İdarə Heyətinin bəyanatında qeyd olunub. Birlikdən APA-ya təqdim olunan bəyanatda qeyd olunub ki, Şəhidlər Xiyabanının yaranmasının səbəbkarlarından olan “ingilis əsgəri”nin şərəfinə abidə ucaldılması çox acınacaqlı haldır. Bəyanat müəllifləri hesab edirlər ki, abidənin üzərində əks olunan “Onlar öz vətənlərinə xidmət edərkən şərəflə şəhid oldular və Azərbaycan onların əbədi məzarı oldu. Onların adı daim yaşayacaq” sözləri abidənin üzərindən götürülməlidir: “Biz təklif edirik ki, həmin abidənin üzərində yazılanlar silinərək tarixi həqiqətlər-həmin Şəhidlər Xiyabanının yaranmasının səbəbkarlarından olan ingilis əsgərinin 1918-19-cu illərdə Azərbaycanda törətdiyi hadisələr və əməllər əks olunsun. Tək ingilis əsgərinin yox ümumiyyətlə, Şəhid Xiyabanlarının yaranmasına bais olmuş bütün işğalçıların əməlləri qeyd edilsin. Və abidənin üzərindəki mətn Azərbaycan, ingilis, rus və ərəb dilləri də daxil olmaqla bir neçə dildə yazılsın”.
Qeyd edək ki, birlik adından bununla bağlı prezident İlham Əliyevə də müraciət ünvanlanıb. Prezidentdən bununla bağlı müvafiq göstərişlər verilməsi xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR