Kamran Musayev: “Yaxın vaxtlarda Azərbaycanda süni ürək cihazlarından istifadə olunmağa başlanacaq” - MÜSAHİBƏ
- Heydər Əliyevin ad gününə həsr olunmuş bu konqres Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən təşkil olunmuşdu. İlk dəfə təşkil olunmuş konqresdə 15 ölkədən 70-dən artıq nümayəndə iştirak edirdi. Konqresin Azərbaycan üçün ilk əhəmiyyəti odur ki, biz dünyaya belə bir tədbir təşkil edə bildiyimizi sübut etdik. Digər tərəfdən, bu konqres kardiologiya və kordiocərrahiyyənin ən aktual məsələlərinə həsr olunmuşdu. Kardiologiya sahəsindəki problemlərin xarici mütəxəssislərlə birgə müzakirə olunmasına imkan yaradıldı. Bu isə yerli mütəxəssislərin səviyyəsinin yüksəlməsinə şərait yaradır. Bütün bunlar sonda Azərbaycanda kardiologiya və kordiocərrahiyyənin inkişafına təkan verəcək.
- Azərbaycanda ürək xəstəlikləri ilə bağlı vəziyyət necədir? Son vaxtlar hansı xəstəliklərlə bağlı müraciətlər daha çox artıb?
- Kardiologiya və kordiocərrahiyyədəki nailiyyətlərə baxmayaraq, bütün dünyada ürək xəstəlikləri ölümə, əliliyə səbəb olan xəstəliklər sırasında ilk yeri tutur. Bunu Ümumdünya Səhiyyə Təşkilatının son statistik məlumatları da təsdiq edir. Bakıda keçirilən konqresdə bu məsələ bir daha müzakirə olundu. ABŞ və İtaliyadan olan qonaqlar təəssüflə qeyd etdilər ki, ürək-damar xəstəlikləri, xüsusilə ürəyin işemik xəstəliyi üzrə göstəricilərdə azalma baş verməyib. Düzdür, bu xəstəliklərin müalicəsində güclü nailiyyətlər əldə olunub. Bu gün bütün dünyada ürəyin işemik xəstəliyi ilə bağlı müraciət edənlərin sayı çoxdur.
- Azərbaycanda ürəyin transplantasiyası üzrə yenilik gözlənilirmi?
- Biz konqresin bir bölməsini buna həsr etmişdik. Tədbirə ürəyinin transplantasiyası üzrə ən yaxşı həkimləri dəvət etmişdik. Konqresdə ürəyin transplantasiyası üzrə nailiyyətlər müzakirə olundu. Mən inanıram ki, bu nailiyyətlərin işığında Azərbaycanda da ürəyin transplantasiyasını keçirə biləcəyik.
- Azərbaycanda ürək transplantasiyasının keçirilməsinə imkan verməyən səbəblər hansılardır?
- Ürəyin transplantasiyasına yalnız cərrahi müdaxilə kimi yanaşmaq olmaz. Bu gün Azərbaycanda ürək transplantasiyasını həyata keçirə biləcək kadr və xəstəxanalar var. Amma ürək, ümumiyyətlə, orqan transplantasiyası kompleks məsələdir. Burada məsələnin sosial və hüquqi tərəfləri də var. Məsələnin hüquqi və sosial tərəflərini həll etmədən ürəyin transplantasiyasına başlamaq düzgün deyil. Məsələnin hüquqi və sosial tərəfləri həll olunmadan işə başlasaq, sonradan biz cərrahlar üçün problemlər yaranar. Ona görə də həm orqanı verən, həm də orqan köçürülən tərəfin müvafiq hüquqi problemləri həll edilməlidir.
- Hüquq və sosial problemlərin həll üçün hansı məsələləri tənzimləmək lazımdır?
- Bunun üçün hər şeydən əvvəl donorun, yəni orqanını aldığımız xəstənin beyin ölümü təsdiqlənməli və yaxınları buna yazılı razılıq verməlidirlər.
- Ürək transplantasiyasının neçəyə başa gələcəyi gözlənir?
- Bütün bunlar zamanın həll edəcəyi problemlərdir. Belə əməliyyat yaxın zamanlarda gözlənilir və bunu etməməyimiz üçün heç bir səbəb yoxdur.
- Mərkəzi Kilinik Xəstəxana Azərbaycanda tibbi yenilikləri ilk tətbiq edən müəssisədir. Yaxın zamanlarda klinikanın daha hansı yenilikləri gözlənilir?
- Hər il ürək-damar cərrahiyyəsi sahəsinə yeniliklər gətirilir. Bu il isə aritmiya sahəsindəki əməliyyatları nümunə göstərə bilərəm. Mərkəzi Klinik Xəstəxanada aritmioloji xidməti tam qurmuşuq. Bu, Azərbaycan üçün yenilikdir. Hazırda dünyada aritmiya sahəsində hansı əməliyyatlar keçirilirsə, bizdə də o əməliyyatlar keçirilir. Bundan başqa, yaxın zamanlarda Azərbaycanda və Mərkəzi Klinik Xəstəxanada süni ürək cihazlarından istifadə olunmasına başlanacaq. Bu, ürək cərrahiyyəsində ən son yeniliklərdəndir. Süni cihazlar süni ürək çatışmazlığı olan xəstələrdə son çarə kimi istifadə olunur. Süni ürək cihazları ürək çatışmazlığının son mərhələsində istifadə edilir. Ola bilər ki, əməliyyatdan sonra bu aparata ehtiyac duyulsun. Yaxud, ola bilər ki, əməliyyat olunmamış, müxtəlif səbəblərdən ürək çatışmazlığı yaranmış xəstələrə də süni ürək cihazlarını implantasiya edərək həmin xəstələrin bir hissəsinə çox ciddi kömək edək.
Sosial
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Xəbər Lenti
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ