Bank Of Baku

Yaxın üç gün ərzində Azərbaycanda hava şəraiti əsasən sabit keçəcək

Yaxın üç gün ərzində Azərbaycanda hava şəraiti əsasən sabit keçəcək
# 22 may 2009 09:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaxın üç gün ərzində Azərbaycan ərazisində hava şəraitinin əsasən sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yaxın üç gün ərzində Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir küləyin sürəti güclənəcək.

Rayonlarda yaxın üç gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 24-28, dağlarda gecə 7-11, gündüz 14-18 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR