Bank Of Baku

Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbi beynəlxalq status alıb

Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbi beynəlxalq status alıb
# 22 may 2009 10:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən orta ümumtəhsil Dünya Məktəbi beynəlxalq status alıb. APA-nın məlumatına görə, bunu Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Dünya Məktəbi “Dunya İB School” adı ilə Beynəlxalq Bakalavr Təşkilatının (İnternational Baccalaurate Organization – İBO) üzvü olub: “Dünya Məktəbi bu ilin sentyabrından 10-cu sinifdə İBO proqramını tətbiq etməyə başlayacaq, bir il sonra isə 10-cu siniflə yanaşı, 11-ci sinfin dərsləri də İBO proqramı üzrə aparılacaq. Bu siniflərdə dərslər ingilis dilində keçiriləcək. İBO-nun şərtlərinə görə, dərs deyəcək müəllimlərin hamısı xarici ölkələrdə treninqlərdə iştirak edəcəklər”. H. İsaxanlı əlavə edib ki, 10-cu sinifdə şagirdlər imtahan verməyəcəklər, yalnız müxtəlif layihələr üzərində işləyəcəklər, 11-ci sinfin sonunda isə İsveçrədən gələn suallar əsasında imtahan keçiriləcək: “Bu məktəbi bitirənlər beynəlxalq İB diplomu və eyni zamanda Azərbaycanın orta təhsil attestatını alacaqlar. Bu diplom dünyanın hər yerində tanınır, dünyada minlərlə ali məktəb İB diplomu almış gəncləri birbaşa qəbul edir, bəziləri isə sadəcə, müsahibə etməklə kifayətlənirlər. Hazırda dünyada cəmi 1878 məktəb İB diplomu verə bilir. Keçmiş sovet ölkələrində bu diplomu verən cəmi 25 məktəb mövcuddur”.

Universitet rektoru məktəbdə təhsil haqqının baha olması iddiası ilə razılaşmadığını da söyləyib: “Təəssüf ki, təhsil haqqı yüksək keyfiyyətli təhsil verməyin elementinə çevrilib. Biz təhsil haqlarını təyin edərkən əvvəlcə çəkilən xərcləri öyrənirik. Şagirdlərin verdiyi təhsil haqqı İBO-ya üzv olmaq prosesinə çəkəcəyimiz xərcləri ödəməyəcək. Bu təşkilata çox böyük məbləğdə üzvlük haqqı ödənilir. Müəllimlər İngiltərə və Almaniyada treninqlərə cəlb olunur. Məktəb isə çox yüksək keyfiyyətli təhsil verir. Bütün bunlarla müqayisədə bizim təyin etdiyimiz üzvlük haqqı o qədər də çox deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR